VİNTOUCHÉ HAQQINDA
Kütləvi istehsaldan uzaq, öz imzası olan seçilmiş aksesuarlar.
Vintouché Collection eyni fabrikdən çıxan minlərlə bənzər bəzək əşyasının əvəzinə, zamanın içindən seçilmiş tək nüsxəli vintage aksesuarları təqdim etmək üçün yaradılıb.


BREND FƏLSƏFƏSİ
Hər parça öz dövrünün izini daşıyır
“Aksesuarın Sənin İmzasındır.” sloqanı bizim üçün sadəcə ifadə deyil — seçim meyarıdır. Vintage sırğa, broş və ya boyunbağı geyimin tamamlayıcısı olmaqla yanaşı, fərdi zövqü və sakit xarakteri əks etdirir.
Bizim üçün nostalji köhnə görünmək deyil, zamanın sınağından çıxmış material, nisbət və sənətkarlığa hörmət etməkdir. Ona görə də kataloqumuzda kəmiyyətə deyil, seçilmiş parçaların xarakterinə fokuslanırıq.
01
Yalnız həqiqi vintage və əvvəlki dövrlər
Yeni istehsal olunmuş, sadəcə üzərinə “vintage görünüş” verilmiş kütləvi aksesuarlar kataloqa qəbul edilmir. Hər parça əvvəlki onilliklərdən qalmış tək tapıntıdır.
02
Fərdi seçim və mexanizm yoxlanışı
Hər sırğa klipsi, broş iynəsi, boyunbağı kilidi və səth örtüyü kataloqa əlavə edilməzdən əvvəl əl ilə yoxlanılır; görünən patina və qüsurlar gizlədilmir.
03
Dəqiqlik və şəffaflıq qaydası
Materialı, istehsalçısı və ya istehsal ili sənədləşdirilməyən məhsul haqqında təxmin fakt kimi yazılmır. Təsdiqlənməyən məlumat “Naməlum / Təsdiqlənməyib” kimi göstərilir, dövrlər isə ehtimal kimi ifadə olunur.
Aksesuarın Sənin İmzasındır.